CREDIBLE ailəsi olaraq adımızdakı etibarlılığı tərəfdaşlarımıza yansıtmaqdan öncə ilk olaraq öz aramızda , yəni əməkdaşlarımızın bir-biri və şirkət ilə arasında etibar yaratdıq.Bu etibarlı bünövrə üzərində şirkətin korporativ adətlərini və quruluşunu formalaşdırdıq.

"CREDIBLE-ECPMO " MMC-də karyeranın üstünlükləri nədir ?

Şirkətimiz Korporativ Sosial Öhdəliklərini hər zaman öndə tutur.Əməkdaşlarına qarşı hər hansı uyğunsuzluqların olmaması üçün prosedurlar və şirkət daxili qaydalar formalaşdırmışdır.Həmçinin, əməkdaşlarının ixtisas səviyyəsinin artırılması üçün lazım olan təlim və məşğələlərin təşkil edilməsi və innovativ ideyaların yaranması məqsədi ilə əməkdaşlarını fikir və ideya mübadiləsinə təşviqləndirmək metodları şirkətin apardığı Dayanıqlı İnkişaf Strategiyasının bir hissədir.